Gəlincik

Ad günündә Dürdanәyә xalası gözәl bir gәlincik bağışlamışdı. Dürdanә öz gәlinciyinin adını Nailә qoymuşdu. O, Nailәdәn ayrılmırdı. Nahar edәndә dә Nailәni süfrә başında otuzdurur, yatanda yanına uzandırırdı. Nailә yemәsә dә yata bilirdi. O, elә uzanan kimi gözlərini yumurdu.

"Bloknotlu" və "Bloknotsuz" mollalar

Keçmişdə kəndlərdə savadlı adamlar mollalıq eləyərdilər. İndi savadsızlar başlarına əmmamə qoyub, çiyinlərinə əba salıb, qiyafələrini dəyişib olurlar molla. Başlayırlar Xudavəndi-aləmin əmrini "yerinə yetirib" nəf toplamağa, külfət dolandırmağa. Özü də yaxşı bilirlər ki, indi məxluqatı aldadıb pul qazanmaq çox çətindir, odur ki, fikirləşib fırıldaq yollar tapırlar. Məsələn, Molla Məmmədhəsən kimi. Ona çox yerdə "bloknotlu molla" deyirlər. Kişi bu adı təsadüfi qazanmamışdır. Onu tez-tez şəhərin küçələrində boş-bekar gəzən görərsiniz.

Azad Sənətkar

...Küçədə rastlaşdıq. Qəzetimizə yazı vermişdi. Soruşdum: - Çap olunsa, qonorarını hansı ünvana yazaq? - Poçta. "Dovostrebovaniya"... - Ev ünvanını niyə demirsən? - Mən dəvəsi ölmüş ərəbəm, evim-zadım yoxdur. - Bəs, harada yaşayırsan? - Naməkanam...

Yasəmən ağacı

Ana sübhdən durmuşdu. Çörək bişirmək üçün hazırlıq işinə başladı: təndirin üzərindəki şifer örtüyünü götürdü, külünü çıxartdı, külfəsini açdı. Toz qalxmasın deyə təndirin ətrafına su səpib, silib-süpürüb təmizlədi. Talvarın altından koğanı götürəndə gözünə dəhrə sataşdı. Həmişə par-par parıldayan dəhrənin gilənar ağacından olan tutacağı qaralmış, dəmir hissəsinin hər iki tərəfində pas ləkələri əmələ gəlmişdi. Dəhrənin bu görünüşü ananı incitdi, ağrıtdı. Xəyalı bir az keçmişə getdi.

Xəbərçi sərçə

Biri var idi, biri yox idi. Bütün nağıllar belə başlar. Niyə yox idi? Bax bunu bilmirəm. Gəl, biz olanlardan danışaq. Uca dağın yamacında olduqca gözəl, barlı-bəhrəli bir meşə vardı. Quşların cəh-cəhindən səhərlər meşədə qulaq tutulurdu. Burada olan meyvə ağaclarının yazda, yayda bar-bəhrələri o qədər bol olurdu ki, təkcə meşənin daimi sakinləri deyil, hətta yaxınlıqdakı kəndin əhalisinə də çatırdı. Dünyada ucsuz-bucaqsız çoxlu meşələr olsa da, lakin bizim söhbət açacağımız meşə digərlərindən çox fərqlənir. Dostlar bilirsiniz fərq nədədir?