Gözəl may axşamı idi. Bəli, may idi, yay deyildi. Yay axşamı idi, desəm, yalan demiş olaram, bir hərflik yalan. Yalanın yekəsi, balacası olmaz, istər bir hərflik olsun, istər bir cümləlik, yalan yalandır. Bəzi bir hərflik yalana bir cümləlik yalan belə çatmaz. Elə bu yalan kimi. Bir hərflikdir, amma ilin fəsillərinin yerini dəyişməyə qadir olan yalandır. Yay yox, may olduğunu dəqiq hardan bilirəm, yay olsa, biz tələbə yataqxanasında deyil, rayonda - öz doğma yurd-yuvamızda olardıq.
Siçanların padşahı pişik
Bir ölkə vardı və bu ölkədə siçanlar yaşayırdı. Siçanların ölkəsi o qədər sakit idi ki, ağac budağı qırılsaydı səsi eşidilərdi. Əlbəttə siçanlar bu sakit ölkədə çox rahat yaşayırdılar. Di gəl ki, bir iş həmişə çətinlik törədirdi. Onlar qazandıqlarını bölə bilmirdilər. Siçanlar fikirləşdilər-fikriləşdilər axırda belə qərara gəldilər ki, özlərinə bir padşah seçsinlər. Amma padşah seçmək məsələsi çox çətin oldu. Sən demə Siçanların özlərindən layiqli bir padşah tapmaq mümkün deyilmiş. Buna görə də onlar Pişiyi özlərinə padşah seçməyi qərara aldılar.
Qarayanız "Messi"
Yenə dərsə girməyib, məktəbin arxasındakı balaca futbol meydançasında top qovurdu bizim məhəllənin qarayanız "Messi"si. Uşaqlar ona bu adı verəndə sevincindən göyə uçurdu, oyunda hamının onu "Messi" deyə səsləməsi qürurunu oxşayır, daha da şövqlə oynamağa davam edirdi. Beton meydançada topa sürüşür, rəqibləriylə balaca canına baxmayaraq, qorxmadan çiyin-çiyinə mübarizə aparır, yıxır-yıxılır və sonda sol ayağı ilə qol atırdı. Qoldan sonra xəyali azarkeşlərinə tərəf qaçıb, hesabı dəyişən zərbəsini də qeyd etməyi unutmurdu. Futbol oynadığı dəqiqələrdə dünyada ondan xoşbəxti tapılmazdı yəqin ki. Amma bu şirin dəqiqələrə məktəb zəngi son qoyurdu çox vaxt, 6-cı dərsin də bitdiyini göstərən zəngin səsi yüksələndə saatın neçə olduğunu bilsə də, "yenə bəlkə dərslərin sayını səhv salmışam" ümidilə telefonu olan dostlarından saatı soruşardı. Bu gün də hər gün etdiyi şeyləri etmişdi. Saatın 2-yə 10 dəqiqə qaldığını öyrənən kimi, yağışda islanmasın deyə ağacın altında soyunduğu ayaqqabılarını geyinməyə tələsdi.
Ovçu Qasım
Ovçuların yalan danışmaları hər bir yerdə məlumdur. “Ovçu yalanı” zərbulməsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb başını bulaya və yainki çiyinlərini qısa, yaxud dodağı altında təbəssüm edə; ovçu o saat inciyib hekayətlərin dalısını söyləməyəcək və deyəcək: – Doğrudur, ovçu çox yalan danışan olar və mənim yoldaşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm.
Kitabların söhbəti
Artıq neçə vaxt idi ki, üçmərtəbəli evin ikinci mərtəbəsində yerləşən iş otağında təşvişli anlar yaşanırdı. Kitab dolabında yerləşən kitablar son dövrdəki vəziyyətlə əlaqədar iclas təşkil etməyi qərara almışdılar.İclasa kitabların ən savadlısı Ensiklopediya rəhbərlik edirdi. Əlbəttə ki, məclisə ağsaqqalıq etmək onun öhdəsinə düşməliydi. Axı zarafat deyildi buradakı kitablardan ən savadlısı və qocamanı idi.