"Bit bazarı" və ya 37 il əvvəlin məhəbbət macərası

- Bu yaxınlarda "Bit bazarı"na getmişdim. - Tələbə yoldaşım N.-lə görüşən kimi, məhəbbət macəralarının növbəti səhifəsini açdı. - Cəmiyyətin böyük bir hissəsinin nəfəs aldığı bu bazar Sabunçu qəsəbəsində, dəmiryolu vağzalının yanında yerləşir. Burada iynədən tutmuş sapa qədər, ayaqqabıdan tutmuş başmağa qədər, kəlağayıdan tutmuş araba çarxınacan, 100-150 ilin qab-qaşığından bəzək əşyalarınacan nə istəsən taparsan. Hələ santexnik avadanlıqlarını demirəm.

Alaq

Anası Zәrifәni evdә qoyub işә getmişdi. Oyuncaqları ilә oynamaq Zәrifәni darıxdırdı. Hәyәtә çıxdı ki, qonşu uşaqlarından birini çağırıb onunla oynasın. Hәyәtdә һeç kәs yox idi. O, ayağını bir kötüyün üstünә qoyub o biri һәyәtә boylandı. Qonşuları Sona xala göyәrti lәklәrinin alağını tәmizlәyirdi. Oğlu Rasim dә ona kömәk edirdi. Lәkdәn nә isә bir-bir çәkib kәnara atırdı.

Adam yalan danışmaz

Sеvdа fiqur düzəltməyi çох sеvirdi. Оnа görə də аnаsı qızı Sеvdаyа plаstilin аlmışdı. Аnаsı əvvəlcə özü bir nеçə fiqur düzəldib Sеvdаyа göstərdi. Sеvdа аnаsı gеdən kimi işə bаşlаdı. О, tələsirdi ki, аnаsı qаyıdаnа qədər bir nеçə fiqur düzəldib оnа göstərsin. Аmmа nə qədər çаlışırdısа, yахşı çıхmırdı. Sеvdа bаşını аşаğı sаlıb dinməzcə dаyаnmışdı. Еlə bu vахt qоnşunun qızı Zərifə оnun yаnınа gəldi. Zərifənin gəlişindən Sеvdа sеvinsə də, yахşı düzəldə bilmədiyi fiqurlаrа bахıb pərt оldu. Tеz fiqurlаrı götürüb Zərifədən gizlətmək istədi.

Ad günü

Elə sevinirdi, elə sevinirdi, sanasan, alçaq dağların behini indicənə verib. Özü ilə qürrələndiyini hər yolla göstərmək istəyirdi; gah qızını qucağına alıb banketin o baş-bu başına oynaya-oynaya gedir, gah Aybənizin boynunu qucaqlayıb rəqs edir, gah da ki qarşısına çıxan qohum-qonşulara elə şərait yaradırdı, dayanıb məclis üçün ona təşəkkür etsinlər.

Bir hulu, min hulu

Səməd Bəhrəngi - müəllim, tərcüməçi, nasir, publisist, həm də İran uşaq ədəbiyyatının banisi sayılır. Daha çox “Balaca qara balıq” kitabı ilə tanınıb. Səməd Behrəngi 1939-cu il iyun ayının 24-də Cənubi Azərbaycanın Təbriz şəhərində, fəhlə ailəsində anadan olub. İbtidai təhsilini “Tərbiyyət” məktəbində alıb, sonra Təbriz Pedaqoji Texnikumunda təhsilini davam etdirib. Tələbəlik illərində “Xənde” (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazıb. Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəblərində müəllim kimi başlayıb. Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb (1956-1961). 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitabları ilə yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır.