Epikriz

Səhərə yaxın Fazil həkim yenə yuxudan qəfil ayıldı. Yata bilməyəcəyini anlayıb yerindən qalxdı. Çarpayının cırıltısına arvadı da oyandı, kişinin əynini geyindiyini gördü. Əvvəl gileylənib yatağa qaytarmaq istədi, lakin sonra yerinə girsə belə işə gedənə qədər o tərəf-bu tərəfə fırlanıb onu da yatmağa qoymayacağını düşünüb susdu.

Şuu...şuu...Şa!

İndiyədək heç bir mükafata layiq görülməmiş misilsiz igid döyüşçü, Şuşanın müdafiəsində qəhrəmancasına həlak olmuş Bəşirov Kamil Sabir oğlunun əziz xatirəsinə... ...Düşmən qəfil hücuma keçmişdi. Rabitəçi Kamilin də üzvü olduğu bölük mühasirədə idi. ...İndi Ermənistanın işğalı altında olan Dəlidağda, Lülparda, Pəri çınqılında, Salvartıda heç vaxt olmayan, oralarda şıdırğı dolu yağmasına tamaşa etməyən adam əsil dolunun necə yağdığını da lazımınca təsəvvür edə bilməz. Deməli, “güllə dolu kimi yağırdı” ifadəsinin doğurduğu hissləri tam yaşamaqda da çətinlik çəkər. Ona görə də düşmənin “Zirvə” postuna dolu kimi yağdırdığı güllə və mərmilərin necə töküldüyünü də anlamağı oxucunun öz ixtiyarına buraxa bilərik.

Mənim sevimli yaddaşım

Hospitaldan evə dönən qazini qarşılamağa gəlmiş məhəllə uşaqları üçrəngli bayraqları yellədə-yellədə şənlənir, gah tək-tək aramla, gah da hamısı birağızdan qışqırırdı: "İgid əsgər, səninlə qürur duyuruq!", "Qarabağ Azərbaycandır!", "Qazimizə eşq olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!". Xəfif, lakin təptəzə ovqatla nəfəs alan camaat, qonum-qonşu, qohum-əqrəba arasında başı bəyaz örpəkli, bəstəboy bir qız da vardı; o, gülmürdü, qışqırmırdı, izdihamın arxasında, qonşu arvadların yanında sıxıla-sıxıla durub əl-qol açanlara baxır, arabir xırda yumru burnundan sürüşüb boyasız dodaqlarının altına düşən ağ maskasını düzəldirdi.

Biz yenə görüşdük

Bugünlük sonuncu çəkilişləri idi. Çox yorulmuşdu. Əslində, onun yorğunluğu gördüyü işin ağırlığından deyil, içinə yüklədiyi ağrılardan doğurdu. Şəhid analarının gözlərinə baxaraq sual vermək, Şəhid atalarının qürurunda boğmaq istədiyi hıçqırtılarını eşitmək, Şəhid balasının "Atam qəhrəmandır" deyərək, dörd yanda atasını axtarmasını seyr etmək onu çox ağrıdırdı. Elə ağrıdırdı ki, bu ağrıların altında əzilən bədəni ruhuna təslim olur, yorulurdu...

Mələyin dəftəri və təsəlli seansları

Xalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib. Üç elmi, 150-dən çox publisistik məqalənin müəllifidir.