Qonaqlıq

Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü. Hökumətin sütunu kimdir? - Əlbəttə, bəylər! - Ev sahibi dedi. - Biz nücəbasız hökumət yaşaya bilməz. Hökumətin sütunu bizik. Tacir dedi: - Ticarət olmazsa, pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz.

Alabaşın sədaqəti

Əsl adı Xasməmməd olmasına baxmayaraq kənd camaatı onu çoban Xası deyə çağırırdı. Həmişə olduğu kimi, bir gün yenə o, sürünü örüşə otarmağa apardı. Sürü Qarabulaq meşəsinin ətəklərinə çatmışdı. Gün yenicə günortanı adlamışdı. Çoban Xası palıd ağacına söykənib dincini alırdı. Polad, Qaytar, Bozdar və Alabaş onu dövrəyə almışdılar. Birdən bərk şaqqıltı qopdu. Sürü iki hissəyə bölündü. Bir hissəsi Muşul meşəsinə tərəf aşdı. İkinci hissəsi Qarabulaq meşəsinin ətəklərinə səpələndi. İtlər özünü çatdırana kimi sürüyə soxulmuş iki canavar dörd qoyunu parçalamış, ikisini isə yaralamışdı. İtlər canavarları xeyli uzaqlaşdırdılar.

Köynək

"Hörmətli məktub Atama, anama, nənəmə, əmimə, qardaşlarıma və Cəmilin uşaqlarına öz meһriban salamlarımı göndərirəm. Dədə, mənim barəmdə nigaran qalmayın. Yaxşıyam, yaxşı da dolanıram. Son zamanlar məktub almıram sizdən. Bilmirəm niyə yazmırsınız? Bəlkə avqustda gəlmədiyimə görə məndən inciyibsiniz? Dədə, vallaһ gələcəkdim, məni kamandirovkaya göndərdilər. Bu yaxında gələcəyəm. Yazın görüm necə dolanırsınız, salamatlıqdırmı, pilləkəni düzəltdinizmi, əmim bizə gəlib-gedirmi? Cəmil yenə köһnə yerindəmi işləyir?

İradənin gücü

Əslində, Nahidi nadinc adlandırmaq olmazdı. Əksinə, azdanışan, düşüncəli, çalışqan, nəzakətli bir yeniyetmə idi. Amma gözlənilmədən özündən çıxan vaxtları da az olmurdu. Bir də görürdün, heç nəyə görə hirslənib kiməsə qarşı kobudluq etdi. Onun bu çılğınlığının, xasiyyətindəki ziddiyyətin səbəbini nə yoldaşları, nə də müəllimləri anlaya bilirdilər.

Qaraca qız

Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı, Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpo vaxtından "Qaraca qız" deyib əzizlədiyinə görə əsil adı unudulub, hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı sevməzdi; həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çunki o çox cürətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı.