Günəş öz şəfəqlərini yenicə yer üzünə saçmağa başlamışdı...Arabir həzin-həzin əsən səhər mehinin ətrafa yaydığı səs insanı vəhdətə gətirir, yarpaqların xışıltısının yaratdığı əsrarəngiz hənirti sübh yuxusuna daha da şirinlik qatırdı...Pal-paltarını yığışdırıb pəncərəsindən bu füsunkar təbiət gözəlliyinə baxan Cəsurun fikri ön cəbhədə-müharibədə idi...O gecələr yatmayaraq düşünür,düşünür, götür-qoy edir,bir qərara gələ bilmirdi...“Müharibəyə gedib son qanı bahasına qədər vuruşmaq...Ya da burada qalıb xəstə valideynlərinə baxmaq”. Bu zaman anası Minayə xala qapını açıb onun yanına gəldi...
Ana...Qarabağ...Azərbaycandır!
Sübh tezdən olsa da, göy üzü qıpqırmızı idi. Axşamdan pal- paltarlı yerinə girən Zərnişan gecəni narahat yatsa da,tezdən durmağa vərdiş etdiyindən saat 6 olmamış yerindən qalxdı. Dünən gecədən toplar, minaatanlar susmuşdu. Sərhəd kəndlərində yaşayanlar üçün adi günlərdən biri başlayırdı. Bir neçə dəqiqədən sonra nə olacağı heç kimə bəlli deyildi.
Çobanyastığı
Dəqiq xatırlayıram: qatar tələsmədən kəndimizə yaxınlaşırdı. Arabir yol boyu şaxələnən ağacların kölgəsi üzümüzə düşürdü. Baxanda adama elə gəlirdi, sanki günəş üzümüzə düşən qara ləkələri silir. Bu dəfə pəncərədən sevinc hissi ilə baxırdıq, çünki müharibədən xilas olmuşduq!
Şəhidlik zirvəsi
Acı xəbəri səhər vaxtı keçmişdə yaşadıqları məhəllədən zəng vurub çatdırdılar. Özü xahiş etmişdi, o məhəllədəki rəfiqəsindən. Yalvarmışdı ki, Talehdən bir xəbər olsa, təcili, dərhal ona xəbər etsinlər: Talehin nəşi tapılmış, şəhid olması müəyyən edilmişdi. Eşitdiyi an həm kədər yığılıb boğazına dolub nəfəsini kəsmiş, göz yaşlarını saxlaya bilməmişdi, həm də sevinmişdi, iki aydan çox çəkən üzücü qeyri-müəyyənliyin bitməsinə…
Ata mən evimidəyəm
Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994–95-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib. Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti"ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün", "Gənclik – P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor vəzifələrində çalışıb. APA internet TV–də "Mizan" adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri" adlı kitabların müəllifidir.