Biri vardı, biri yoxdu, bir qaranquş vardı. Qaranquş bir evin eyvanında yuva qurmuşdu. Ovuc boyda, qəşəng bir yuva. İçərisində də ətcəbalalar vardı. Gündüzlər yuvada ancaq balalar olardı.
Usta Bəxtiyar
Bir gün zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə fərəhlə qulaq asırdı. O, vəzirindən soruşdu: – Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?..
Su borusu
Uşaqlar dənizin dayaz yеrinə su bоrusu basdırmışdılar ki, hərdən nişangah kimi istifadə еtsinlər. Su оnun düz bоğazından idi və hərdən ləpə gələndə ağzına su dоlurdu. Bеlə vaхtlarda о, suyu ağzından kənara sıçradıb dеyirdi: —Еlə əslində mən də balığam və оnlardan dеmək оlar ki, hеç nə ilə gеri qalmıram.
Üç mirvari
Qədim zamanlarda Nardaran qalasının qırağında, Xəzər dənizinin axar-baxarında tikilmiş bir evdə Piri baba adlı qoca ilə onun nəvəsi Gülbala olurdu. Baba vənəvə gün çıxandan gün batana qədər qonşuların bağ-bağatında işləyir, meynələrin dibini belləyir, bostan becərir, pis-yaxşı dolanırdılar.
Dərsimi yaz
Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmir. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar: — Necəsən, bala, indi ürəyin nə istəyir?