Kaş ki yuxum çin olaydı

Komandanımızın tapşırığı əsasında ordumuzun hərbi hücum təyyarəsi ilə düşmənin hərbi bazalarını, hücum mövqeyində olan çoxsaylı top, qrad və tanklarını məhv etməli idik. Mən sükan arxasında idim.

Ay işığında tabut

Axşam saat doqquzda evdə oturub xəbərlərə baxdığım vaxt hərbi komissarlıqdan zəng elədilər ki, Qarabağdan şəhid gətiriblər, təcili Aytəpə kəndinə aparmaq lazımdı.

Bir qucaq torpaq

Ovcumdakı torpaq barmaqlarımın arasından süzüldükcə torpaqdan gələn cənnət ətrini qoxlayıb ciyərlərimə çəkirəm. Hər nəfəs aldıqca bu ətri dərindən hiss edib ona qovuşmağımın sevincini daha ürəkdən yaşamaq üçün gözlərimi bərk-bərk yumuram. Gözlərimi sıxdıqca aramla damcılayan göz yaşlarım ovcumdakı torpağa tökülür, cənnət qoxulu vətən torpağına sanki indiyədək qəlbimi didib-dağıdan həsrətin, nisgilin də ətrini qatır.

17:00-da dayanan saat

Vüsalın adı gələn yerdə hey danışmaq istəyirsən. Onun kimliyinin necəliyindən, necə qəhrəman, necə şəxsiyyət olmasından söz açmaq gəlir insanın içindən. Amma danışdıqca sözlərin onun böyüklüyü qarşısında nə qədər kiçik olduğunu dərk edib daha möhkəm susmağa qərar verirsən. Gedişi ilə tarix yazan dostum, böyüklüyü ilə sükuta qərq edən dostum, sən həmişə sükutun möhtəbərliyində yaşayacaqsan. Bütün səssizliklərdən bir sən gülümsəyir!..