Pərviz Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildən "Azadlıq" qəzetində çalışmağa başlayıb. 1994-cü ildə "Azad Söz" qəzetinin baş redaktoru olub. Daha sonralar Azərbaycanın "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel" jurnalının redaktoru olub.
Qəsəbimizin payız ahəngi
Orxan Həsəni 1998-ci ildə doğulub. İlk kitabı "Metro terminalının sevgisi" 2019-cu ildə çap olunub. Absurd və postmodern hekayələrdən ibarət olan "Füzulinin dişi" kitabı 2021-ci ildə çap olunub. Esseləri və publisist yazıları dövri mətbuatda dərc olunur.
Üç gün cənnətdə
Turqay məktəb direktorunun qapısını açdı. Direktor başını qarşısındakı kağızlardan ayırmadan; - Hə, yenə nə sözün var? - soruşdu. - Gəldim məlumat verəm ki, mən müharibəyə gedirəm. Turqay əlindəki çağırış vərəqini və direktorun adına yazdığı ərizəni onun qarşısına qoydu. - Könüllü gedisən? - Bəli. Bu, hər bir azərbaycanlı kişisinin borcudu. - Nə deyirəm, get, sağ-salamat qayıt uşaqlarının yanına. Lakin direktorun gözlərində sevinc qığılcımları göründü. Müdir kinli adam idi. Və Turqayla bağlı olayları unuda bilmirdi.
Dayanacaq
Avtobus ləngər vura-vura dayanacağa yaxınlaşdı. Elə dayanan anda da mühərrikin uğultulu səsi kəsildi. Sonuncu dayanacaqdı. İçəridəki 3-5 nəfər sərnişin də ağır-ağır ön qapıya yaxınlaşıb gediş haqqınıödəyəndən sonra dağılışıb getdilər. Rayon avtobusunun sürücüsü həvəslə yerə enib tələsik özünü dayanacağın on-on beş addımlığında olan kafeyə yetirdi. Gün ərzində tərini silməkdən duzlaşmış köhnə, rəngi ağarmış cib dəsmalını soyuq suyun altında isladaraq üstü tozlu plastmas stullardan birinəçökdü. Stul adamın ağırlığından sanki bu dəqiqə parça-parça olacaqdı.
Xurma ağacı
- Bismillah! Bismillah! Bismillah!.. Dəhşətli silah səsləri eşidirəm. Gurultulu bir partlayış səsi ilə tozanaq qalxır, göz-gözü görmür. Bədənim titrəməyə başlayır. Öz mövcudluğumu, varlığımı hiss etmirəm. Təngnəfəsəm. Həyəcan. Boğuluram... Çaşqın halda, atəş səslərinin hardan gəldiyinə qulaq kəsilirəm. Heç nə anlaya bilmirəm. Dikəlib ətrafa baxıram. Bu, indi çox təhlükəlidir. Hər an düşmən gülləsinə tuş gələ bilərəm.