Hitlerin yəhudilərə qarşı amansız rəftarı sərhəd tanımır. Auşvits yəhudilərlə dolub. İki dostun ürək parçalayan hekayətidir bu roman. Dostların biri Auşvits rejiminə nəzarət edən komandanın oğlu, digəri isə həbsxanada qəddar işgəncələrə məruz qalan yəhudi ailəsinin üzvü... Onların öz dünyası var, öz oyunları, öz məşğuliyyətləri, heç zaman ağıllarına gəlməyən dəhşətli bir sonluğun astanasında əyləncə axtarışındadırlar. Uşaq məsumluğu onları qaz kamerasının ağzına qədər dartıb gətirir...
Yad qadının məktubu
“Yad qadının məktubu” Ştefan Svayqın ən məşhur novellalarından biridir. Əsərdə məşhur romançı R. tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda R. ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.
İvan İliçin ölümü
"İvan İlyiçin ölümü əsəri insanın ölüm qarşısındakı ruhsal və mənəvi sarsıntısını dərin psixoloji realizmlə tədqiq edir. İvan İlyiç cəmiyyətin gözündə uğurlu bir hakim olsa da, ölümcül xəstəliyə tutulduqdan sonra həyatının əsl mənasını saf-çürük etməyə başlayır. Əsər onun xəstəliyi dövründə yaşadığı əzabları, ailəsi və ətrafındakıların biganəliyini, həmçinin ölüm qorxusu ilə üzləşməsini və mənəvi oyanışını təsvir edir. Tolstoy bu əsərdə bir insanın həyatı boyunca qurduğu yalançı sosial maskaların ölüm gerçəyi qarşısında necə dağıldığını ustalıqla göstərir. "İvan İliçin Ölümü" Lev Tolstoy yaradıcılığının ən parlaq nümunələrindən hesab olunur.
Sergi ata
Lev Tolstoyun “Sergi ata” povesti ikiləşmiş insan şəxsiyyəti, öz həyatını yaşamayan insanın faciəsi haqqında olan bir əsərdir. Əsərin qəhrəmanı Kasatski əxlaqına və davranışına görə onu əhatə edən cəmiyyətdə, insanlar arasında nümunəvi adam sayılırdı. Kasatskinin məqsədi hamıdan tərif eşitmək, özünün yaxşı, əxlaqlı, fərqli olduğunu hamıya sübut etməkdi. Bu mənada Korotkova (Meri), Kasatskinin şöhrətpərəstliyinin cəzası idi. Kasatski bu cəzadan sonra da ayılmır, Sergi ata olmaq, paklanmaq yolunda “irəliləyir”. Əslində, Kasatskidə ad dəyişməsindən başqa heç nə baş vermir. Kasatski daxilən olduğu kimi qalır, zahirən isə Sergi ataya çevrilir. Sonda isə həqiqəti dərk edir.
Altı nömrəli palata
Əsər öz dövrünün ictimai-fəlsəfi problemlərini tünd rənglərlə göstərir. Yazıçı bunun üçün bədii imkanlardan ustalıqla istifadə edir. Cəmiyyəti aşındıran, dağıdan ən vacib problemlərdən söz açır. Şəxsiyyət üzərində zorakılıq və hörmətsizlik... Haqsızlıq və bəraət... Fərdin haqq-ədalət uğrunda mübarizəsi... Problemin həlli üçün əvvəlcə o aydınlaşmalıdır. Əsər diaqnozu dəqiq qoyur. Buna görə yazıldığı gündən indiyədək oxucularının sayı heç vaxt azalmır.