Qoca və dəniz

O, ikiavarlı balaca qayıqda Qolfstrimdə təkbaşına balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə gedir, hər dəfə də əliboş qayıdırdı. İlk qırx gün ərzində balaca oğlan da qoca ilə bərabər getmişdi. Sonra oğlanın valideynləri onu başa saldılar ki, qoca balıqçı uğursuz adamdır. O da ata-anasının təkidi ilə qocadan ayrılıb başqa qayığa getdi, özü də birinci həftə ərzində üç iri balıq gətirdi. Qoca balıqçının halı oğlanı yaman kədərləndirirdi. Hər gün əliboş qayıdanda uşağın ona yazığı gəlirdi.

Netoçka Nezvanova - II HİSSƏ

Əsərdə Sankt-Peterburqda kasıb bir həyat tərzi keçirərək yaşayan bir qızın həyatından danışılır. Yetim qalan bu qız daha sonra varlı bir ailə tərəfindən övladlığa götürülür. Ögey bacısı Katya ilə tanış olduqdan sonra onu sevməyə başlayır. Lakin bir gün Katya valideyn­lərinin təkidi ilə Moskvanı tərk etmək məcburiyyətində qalır və qarşıdakı 8 il ərzində Netoçka Katyanın böyük bacısı ilə yaşamağa məcbur olur. Get-gedə Katyanın bacısı Netoçka üçün ana rolunu oynayır. Əsər bu iki qız yenidən görüşmədən gözlənilmədən sona çatır.

Netoçka Nezvanova - I HİSSƏ

Mauqli

Cozef Redyard Kiplinqin “Mauqli” romanında cəngəllikdə heyvanlar arasında böyüyən hindli uşağın başına gələn macəralardan bəhs olunur. Ailəsini itirib cəngəllikdə təkbaşına qalan balaca oğlanı canavarlar sürüyə qəbul edirlər. Heyvanlar ona Mauqli adı verirlər. Canavar – Akela, Ayı – Balu, Bəbir – Bagira, İlan – Kaa və başqaları uşağın qayğısına qalır, mürəkkəb cəngəllik qanunlarını ona başa salırlar. Mauqli heyvanların himayəsi altında böyüyüb güclü, ağıllı bir gənc olur və qardaşlarının qayğısını çəkmək, onları qorumaq üçün sürüyə başçılıq etmək məsuliyyətini öz üzərinə götürür.

Kventin Dovard

Romanda gənc, cürətli və sədaqətli şotlandiyalı Kventin Dorvardın qazanc və dolanışıq dalınca Fransaya səfər edərkən başına gələn macəralardan danışılır. Kventin istəmədiyi halda, məcburən öz vətənini tərk etməli olur. Çünki o dövrdə Avropa ölkələrinin hər birində tez-tez qanlı ara müharibələri baş verirdi. Belə müharibələrdən birində onun bütün ailəsi həlak olmuşdur.