Kolumbun adı tarixə Amerika qitəsini kəşf edən ilk səyyah kimi düşüb. Dənizçilik karyerasına 22 yaşında başlayan Kolumbun rəhbərlik etdiyi donanma 1492-ci ildə Hindistana dəniz yolunu tapmaq üçün yola çıxdı. Həmin ilin oktyabrında matroslardan biri «Torpaq!» deyə həyəcanla bağıranda Xristoforun sevinci yerə-göyə sığmırdı. O fikirləşirdi ki, axtarışına çıxdığı dəniz yolunu, nəhayət, tapıb. Kolumb, həqiqətən də, böyük kəşfə imza atmışdı, lakin onun ayaq basdığı torpaq Hindistan yox, o vaxtadək varlığı heç kimə məlum olmayan Amerika qitəsi – Yeni Dünya idi.
Batmanqılınc - II HİSSƏ
Romanda XVIII əsrin sonunda Azərbaycan xanlıqları arasındakı ziddiyyətli münasibətlərdən, həmin dövrdə Qarabağda cərəyan edən hadisələrdən, Azərbaycan torpaqlarının bütünlüklə öz hakimiyyəti altında görmək istəyən Ağa Məhəmməd şah Qacardan, Qacarın şimali Azərbaycana yürüşündən, Rus imperiyasının Qafqazda ilk dayaqlarının yaranmasından və bu gərgin ictimai-siyasi durumda faciəli günlər yaşayan o taylı-bu taylı Azərbaycan xalqının qismətinə düşmüş ağrılı-acılı taledən söhbət açılır.
Batmanqılınc - I HİSSƏ
Romanda XVIII əsrin sonunda Azərbaycan xanlıqları arasındakı ziddiyyətli münasibətlərdən, həmin dövrdə Qarabağda cərəyan edən hadisələrdən, Azərbaycan torpaqlarının bütünlüklə öz hakimiyyəti altında görmək istəyən Ağa Məhəmməd şah Qacardan, Qacarın şimali Azərbaycana yürüşündən, Rus imperiyasının Qafqazda ilk dayaqlarının yaranmasından və bu gərgin ictimai-siyasi durumda faciəli günlər yaşayan o taylı-bu taylı Azərbaycan xalqının qismətinə düşmüş ağrılı-acılı taledən söhbət açılır.
Romolo və Remo
Hekayədə hadisələr İkinci Dünya Müharibəsindən sonrakı Romada cərəyan edir. Əsərin mərkəzində yoxsulluq, aclıq və insanların sağ qalmaq mübarizəsi dayanır. Baş qəhrəman çox acdır və pulu yoxdur. O, köhnə dostu Romulun işlətdiyi yeməkxanaya gedib, orada dostluqlarına güvənərək pulsuz yemək yeməyi planlaşdırır. Yeməkxanaya çatdıqda qəhrəman görür ki, dostu Romulun vəziyyəti ondan da betərdir. Romul, arvadı və uşaqları dərin bir yoxsulluq və daxili münaqişə içindədirlər. Hətta bir tikə çörək üstündə ailədə böyük dava düşür.
Oğrular kilsədə
Ana canavarla balaları acından dişlərini qıcayıb, bir-birini didişdirəndə, bunu görən ata canavar, sizcə, nə edər? Mən deyirəm ki, o, yuvasından çıxıb yem axtarmağa yollanar və ola bilsin ki, çarəsizlikdən kəndə enib evlərdən birinə soxular. Kəndlilər də bu vaxt onu öldürsələr, haqlıdırlar. Lakin axı canavar da evlərə soxulub onları parçalasa haqlıdır. Deməli, canavar da, adamlar da haqlıdır və bu işdə heç kimi təqsirləndirmək olmaz. Amma haqdan ölüm doğur. Həmin qış mənim güzəranım elə canavar güzəranı kimi bir şeydi, daha doğrusu, elə əsl canavar kimi dolanırdım. Ev əvəzinə, aşağıda, Monte Maryonun altında bir kahada, xaraba qazıntı yerlərindən birində yaşayırdım. Orada xeyli kaha vardı, amma əksəriyyətini böyürtkən kolları basmışdı. Təkcə ikisi yaşayış üçün əlverişli idi. Bir mənimki, bir də gah dilənməklə, gah da cın-cındır yığmaqla dolanın Puliti adlı qocanınkı. Dağın ətəyindəki bu çılpaq yerin torpağı sarı, kahaların girəcəyi hisdən qapqara idi. Pulitinin kahasının qabağında həmişə cır-cındır topası olardı. O da bunların içərisində eşələnərdi. Mənim kahamın önündə isə bir benzin çəni vardı. Biz ordakı benzindən yanacaq kimi istifadə edirdik.