Həmişə olduğu kimi indi də Həmidə xala yeni ili öz evlərində qarşılayırdı. Onun yaşı əllini çoxdan ötmüşdü. Yeni ili qarşılamaq dəb düşəndən bəri o, yalnız bircə dəfə, dekabrın otuz birində öz evlərində olmamışdı. O da təsadüfən; Həmidə xala əri Qəzənfərlə Moskvadan qayıdırdı. İş elə gətirdi ki, Mahaçqaladan bir az bəri qatarı saxladılar. Yolu qar basmışdı. Başqa sərnişinlər kimi Qəzənfərlə Həmidə də qırx yeddinci ili qatarda qarşılamalı oldular. Əlli ikinci ildə isə Qəzənfər vəfat elədi. Həmidə xalagilin dörd uşağı vardı. İki yaşında vəfat eləmiş Sahib də dursaydı, beş olardı. Böyüyü qız idi – Gülarə. Ondan kiçiyi – Rüstəm. Sonra Dilarə, bir də sonbeşik – Tofiq.
İstəklilər
1835-ci ildə Andersenin birinci nağıllar məcmusu nəşr olundu. Nağılçının istedadı nəhayət özünü göstərdi. Andersendən dramaturgiyada və aktyorluqda heç nə alınmasa da, o özünü nağılda göstərməyi bacardı. Onun bacarığı səhnə üçün deyil, nağıl üçün lazım gəldi. Çin imperatorundan tutmuş yamayan iynəyə qədər hər şeyi yeni bir şəklə çevrilmək bacarığı, gözəl yaddaş, improvizasiya bacarığı, şairliyi və hər təzəliyə və qəribəliyə olan sevgisi, tükənməz mehribançılığı «Düyməcik» və «Qar kraliçası», «Eybəcər ördək balası» və «Bülbül» kimi nagılların yazılmasında lazım gəldi.
Gülzar
Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi… Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi. Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi. Yalnız o, yalnız o, bunları görmür, eşitmir, qadınların böyük bir gurultu qopartdığı darısqal və yarıqaranlıq daxmanın bir bucağına sıxılmış, bütün bu sevinclərə darılır, bu şənliklərdən sıxılır və eşitdiyi bütün bu gülüşlərdə, bu gurultularda müdhiş bir fəlakət bayquşunun qorxunc sədasını hiss edirdi.
Göygol
Dumanlı dağların yaşıl qoynunda Bulmuş gözəllikdə kamalı Göygöl. Yaşıl gərdənbəndi gözəl boynunda: Əks etmiş dağların camalı Göygöl! Yayılmış şöhrəti Şərqə, Şimala, Şairlər heyrandır səndəki hala. Dumanlı dağlara gələn suala Bir cavab almamış soralı Göygöl!
Əsir Azərbaycanım
Nerdə məni gül qoynunda doğuran, Xəmirimi göz yaşıyla yoğuran, Beşiyimdə "layla balam" çağıran, Azərbaycan mənim baxtsız anam, oy, Neçə bir il həsrətinlə yanam, oy!.. Salam desəm, rüzgar alıb götürsə, Ağrı dağdan Alagözə ötürsə, Gur səsimi göy Xəzərə yetirsə, Xəzər coşub zəncirini qırsa, oy!.. Hökm etsə, bu sərsəm gediş dursa, oy!..