Gürcü yazıçısı Nodar Dumbadzenin (1928-1984) yaradıcılığı özünün xüsusi səmimiliyi, yumoru və yüksək dramatikliyi ilə fərqlənir. “Kukaraça“ (1980) povesti Dumbadzenin ən güclü və təsirli əsərlərindən biridir. Hətta infarktdan sonra da yazıçı əsər üzərində işləməkdən qalmır: qəhrəmanının – sahə müvəkkili Tuşuraşvilinin həyatı, müəllifi bir anda sakit buraxmır. Anna İvanovnanın hətta qatı cinayətkar Murtalonun sətir altı sözləri Sovet İttifaqının heç də bitkin cəmiyyət olmadığını oxuculara ustalıqla göstərirdi. Bu mənada inanıram ki, indiki cavan oxucularımız üçün də bu əsər böyük maraq kəsb edəcəkdir.
Heyvanıstan
Görkəmli ingilis yazıçısı Corc Oruellin yaradıcılığı – xüsusən “1984” romanı dünya miqyasında məşhurdur. Mütəxəssislərin fikrincə, bu möhtəşəm romana doğru ciddi bir addım sayılan “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindəndir. Əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olub, müxtəlif dillərə çevrilib və ciddi polemika doğurub.
İnsan nədir
İnsan – yaşamağa məhkum olduğu ab-havanın məcmusudur, yekunudur. İnsan onun və bunun cəmidir, uzun-uzadı və bezdirici şəkildə həyat sıfırına endirilmiş – ehtiraslar və faniliklər dalanına gəlib çatmış – çirkabla qarışmış kəsrlərdən ibarət misaldır. Hər cür canlı hər cür ölüdən daha yaxşıdır, lakin canlılar, yaxud ölülər arasında elə bir məxluq yoxdur ki, digər canlılardan və ya ölülərdən daha yaxşı olsun. İnsanlar olsa-olsa, saman qırıntısıdır, içi daha öncəki gəlinciklərin atılıb qaldığı zibil topalarından süpürülüb yığılmış taxta kəpəyi ilə doldurulmuş gəlinciklərdir.
Atalar və oğullar - II HİSSƏ
Köhnə həqiqətlər önündə əyilməmə... Faydalı olanın gözəl olandan üstünlüyü... Daşlaşmış ehkamlardan imtina... XIX əsrin 60-cı illərində bu idealları anlayan vardımı görəsən?.. Romanın cavabı belədir: bəli!Çünki əsərin baş qəhrəmanı Yevgeni Bazarov tez bir zamanda gənclərin kumirinə çevrildi. Həmin dövrdə ictimai-siyasi radikalizm kifayət qədər güclü idi. Lakin müəllif bu mövzuya toxunmur. Beləliklə, Bazarov surəti öz dövrünün əhvali-ruhiyyəsini əks etdirən bir tip kimi axıracan açılmır. Əsər isə bütövlükdə bu çatışmazlığın öhdəsindən gəlir. Öz zamanını qazanmaqla başqa zamanların da ölməz yaradıcılıq nümunəsinə çevrilir.
Atalar və oğullar - I HİSSƏ