Saxara səhrasında bir Bala dəvə yaşıyırdı. Bir gün o bir sürü at gördü. «Onlar nə gözəldir, — düşündü bala dəvə, — amma məndə belə eybəcər hürgüc* var! Mən onlara oxşamaq istiyərdim». Və bala dəvə hürgücdən azad olmaq istədi. O yerdə kürəyi üstə firlanırdı, massaja gedirdi, hər cür hərəkətlər edirdi, diyetaya oturdu. Və nəhayət dəvənin kürəyi oldu düz. Bala dəvə özünə güzgüdə baxıb heyran olurdu. Və o dostlarnın qabağında özünü göstərmək istədi. Onun dəvə dostları cox təcübləndilər. Onlar ona hər tərəfdən baxırdılar, amma hec biri onu tərifləmədi. Bunnan sonra dəvələr səhrada qacmaq istədilər. Onlar bir biriylə otü otdüyə qacırdılar, amma bizim bala dəvə nesə tez yorulmaga başladı. O su icmək istədi, dili bayıra cıxdı və nəfə salmaq ona cətin oldu. Bala dəvə gözəl olmaq istəyirdi, amma yadınnan çıxardmışdı ki ona hücgür neyə lazım idi.
Yeddi mərtəbə
Erkən mart səhərində, qatarda bütün günü silkələnmədən sonra Cüzzeppe Korte məşhur klinikanın yerləşdiyi şəhərə yetişə bildi. Onun qızdırması azca qalxsa da, o, çamadanını özü daşıyaraq vağzaldan xəstəxanaya qədər piyada gedə bildi. Cüzeppe Kortenin xəstəliyi çox yüngül formada, hətta daha ilkin mərhələdə hesab olunacaq qədər olsa da, ona məhz bu klinikanı məsləhət görmüşdülər. Onda elə bir əminlik yaranmışdı ki, sanki bu məşhur klinikada yalnız onun xəstəliyi müalicə olunur, həkimlər daha ixtisaslı, rasional və ləvazimatlar da daha effektlidir. Cüzeppe Korte uzaqdan klinikanı görən kimi onu tanıdı, çünki onu prospekt reklamlarında görmüşdü və bu reklam onda çox böyük təəssürat yaratmışdı. Bu yeddi mərtəbəli ağ bina idi və öz memarlıq üslubu, dizaynı ilə daha çox mehmanxananı xatırladırdı. Xəstəxananın bütün ətrafı hündür ağaclarla əhatə olunumuşdu.
Üç damla qan
Dünən məni ayrı otağa köçürdülər. Görəsən, Nazimin dediyi kimi təmiz toxtayıb gələn həftəyə azad olacağammı? Görəsən, həqiqətən xəstələnmişdimmi? Bir il olar... Bu bir il ərzində çoxlu israr etməyimə baxmayaraq mənə kağız və qələm verməkdən imtina edirdilər. Həmişə öz-özümə deyərdim ki, əlimə kağız və qələm düşən zaman çoxlu yazılar yazacam... Amma dünən ağzımı açmamış kağız və qələm gətirdilər: mənim arzuladığım şeyi... O şey ki, bura kimi intizar çəkirdim. Amma nə fayda! Dünəndən nə qədər düşünürəm, yazmağa ağlıma bir şey gəlmir. Sanki bir şəxs əlimi tutub və ya qolum keyiyib. İndi diqqət yetirirəm, kağız üstündə çəkdiyim qarmaqarışıq xətlər arasında oxunulası təkcə yazı "üç damla qan"dır.
Səslər
Bina böyük olduğu üçün qonşuların hamısı ilə tanış olmağa vaxt lazım idi. Həmişə hansı mərtəbəyə getdiyini soruşan senyora vardı. Elə bil, hər dəfə onun burada yaşadığına heyrətlənirdi. O isə nəzakətlə, səbirlə cavab verir, əksini edəcək xasiyyətdə insan olmadığı üçün təəssüflənirdi. Bilirdi ki, əvvəl-axır qadın köməyə möhtac qalacaq, bax onda ona nəzakətlə yardım edəcək. Başqa bir qonşu (vitse-prezident olduğunu demişdi) mənzillərinin həndəvərində fırlanmış, qapı aralığından görünən kitabxanasına təriflər yağdırmışdı, amma o qonşunu içəri buraxmamışdı. Nisbətən yaşlı, sərt xasiyyətli iki qadın da vardı, onları yaxından tanıyanacan bir neçə ay keçmişdi. Təkəbbürlü görünsələr də, bununla dərinlikdəki qorxu hissini ört-basdır etməyə çalışdıqlarını düşünürdü. Hətta bir dəfə qadınlardan biri onunla təklikdə liftə minmək istəməmişdi. Qapı qonşuları isə onu digər kirayəçilərin də tez-tez yol verdiyi səhvə görə xəbərdar etmişdi: hamı gecə terrasın işığını söndürməyi unudurdu, özü də terras lampası bahalı idi.
Püşk
İlk ədəbi uğuruna 1929-cu ildə çapdan çıxan “Biveclər” romanıyla imza atıb. Lakin tezliklə İtaliyada hakimiyyətə yiyələnən faşistlərin geniş şöhrət qazanmış bu romana münasibəti neqativ oldu. Hakimiyyət orqanlarının təqibini hiss edən Moravia ölkəni tərk etməyə məcbur qalıb səyahətə yollanır. Yazıçının məcburi səyahəti uzun çəkir – 1933-cü ildən 1943-cü ilə qədər. Moravia özü sonralar bu barədə yazırdı: “Bu illər mənim həyatımın ən pis illəridir və mən o illəri heç zaman həyəcansız xatırlaya bilmirəm”. Gah Yunanıstanda, gah Çində, gah ABŞ-də, gah Meksikada məskunlaşan yazıçı 1943-cü ilin sentyabrında müttəfiq qoşunlarının çıxarılmasından sonra arvadıyla bir müddət Fondi şəhərində, Çoçarada gizlənməli olur. Moravia 1957-ci ildə orda gördüklərini və məruz qaldığı ağır həyatı eyniadlı “Çoçara” romanında yüksək bədii çalarlarla təsvir edib. Alberto Moravia sivil dünya xalqlarının dillərinə çevrilən bir çox məşhur romanların, o cümlədən “Həyat oyundur”, “İntervü”, “Diqqət”, “Roma hekayələri”, “Özgə həyat” əsərlərinin müəllifi kimi məşhurdur.