Oskar Uayld tarixə parlaq dendi, estet, gözəllik bilicisi və həm də öz kaprizlərindən başqa nəyə desən dözə bilən bir adam kimi daxil olub. Böyük ədəbi istedadı və orijinal hərəkətləri ilə hər zaman şıltaq Britaniya publikasını cəzb edə bilib. Əslində o, cəmiyyətin özünə baxıb zövq almaq istədiyi güzgü idi. Amma bu, bir gün cəmiyyətə ondan üz döndərməyə mane olmadı... Cəmi 46 il ömür sürən bu yazıçının əsərləri yüz ildən çoxdur ki, yaşamaqdadı. Və həm də sənətkarın şəxsiyyəti, bioqrafiyası indi də birmənalı qiymətləndirilmir. Hətta onu da deyim ki, ailəsi onun familiyasından imtina edib. Və bu gün yaşamaqda olan nəvə-nəticəsi də onun adından uzaq durmaqdadı. Qəribə taleyi var Uayldın. Yeganə romanının qəhrəmanına bənzəyir – Dorian Qreyin portretinə. Özünün yaratdığı portretə.
Əcdadların harayı
Amerika yazıçısı C.London uşaqlıqdan işləməyə məcbur olmuşdur. İlk hekayələri 12 yaşından çap olunsa da, ciddi ədəbi fəaliyyətə 23 yaşından başlamış, 22 roman və povest, 200-ə yaxın hekayə yazmışdır. C.London “Martin İden”, “Bəyaz Diş”, “Dəmir daban”, Dəniz Canavarı” və s. əsərləri ilə bütün dünyada məşhurdur. “Əcdadların harayı” povestində Alyaskanın sərt soyuğuna, insanların amansız rəftarına baxmayaraq sağ qalmağı bacaran Bak adlı bir itin həyatından bəhs olunur.
Üç muşketyor
Aleksandr Dümanın “Üç muşketyor” romanı fransız ədəbiyyatının ən gözəl əsərlərindən biridir. Az qala iki əsr bundan əvvəl yazılmasına baxmayaraq bu əsər müasir dövrdə də öz populyarlığını itirməyib. Maraqlı, dinamik süjet, macəra axtaran gənclərin dolğun obrazları, onlardakı şücaət göstərmək yanğısı, hisslərin romantikası – bütün bunlar təkcə Fransada deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da oxucuları valeh edir. Bu roman əsasında 1911-ci ildən etibarən onlarla film çəkilib və yenə də çəkilməkdə davam edir. “Üç muşketyor” elə bir ədəbi-bədii xəzinədir ki, zaman bu xəzinəni daha da zənginləşdirir, yeni ədəbi nəsillərin tükənməz sərvətinə çevirir.
Qorio ata
"Qorio ata" romanı dünya ədabiyyatının əsas sütunlarından sayılır. Əsər yazıldığı dövrdən bəri aktuallığını saxlamış və Balzaka dünya ədəbiyyatında ölümsüzlük qazandırmışdır. Qərb filioloqları "Qorio ata"nı yeni dövrün İsası hesab edirlər. Balzak "Qorio ata" romanında qaldırdığı mövzularla zamanın sərhədlərini aşmağı bacardı. 1834-cü ildə yazılmış “Qorio ata” fransız ədəbiyyatının ilk realist romanı da sayılır. Buna görə də Balzak romanı yazarkən həmin dövrdə baş verən hadisələri, Parisi və orda yaşayan insanları olduğu kimi təsvir etməyə çalışmışdır. Romanın dili olduqca axıcıdır. Əsər iki qızını ifrat dərəcədə sevən atanının faciəsi haqdadır. "Mən qızlarımı tanrının dünyanı sevdiyindən daha çox sevirəm", - deyir Qorio ata. Arvadını erkən itirdikdən sonra Qorio ata bir daha heç evlənməmiş, bütün həyatını,sevgisini iki qızına həsr etmişdir. Onda atalıq hissi çılğınlıq dərəcəsindədir. Keçmişində yoxsul bir fəhlə olan, sonradan isə varlı fabrikanta çevrilmiş Qorio ata qızlarını hər cür təmin edir, onlar üçün xüsusi tərbiyəçilər, qulluqçular tutur, onları yüksək cəmiyyətin tələblərinə uyğun böyüdür. Qızları evlənmək yaşına çatdıqda isə onlara bu məsələdə sərbəstlik verir.
Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qanunçuluq ideya və dəyərlər kimi Konstitusiya ilə təsbit edildi. Dövlətin qüdrəti, beynəlxalq nüfuzu həm də onun milli iradəni nə dərəcədə ifadə etməsilə ölçülür. Konstitusiya vətəndaşlıq sistemi olmaq etibarilə dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyir, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını əks etdirir. Məhz buna görə ən ali qanundur.Konstitusiya ona görə "Əsas Qanun" adlandırılır ki, o, ictimai həyatın bütün sahələrini əhatə edən münasibətləri nizamlamağa şərait yaradır, habelə cəmiyyətdə siyasi sabitliyin, ümumi maraqların təminatçısıdır. Dövlətin statusunu, fəaliyyət konsepsiyasını, nəzərdə tutulan prioritetlərini əks etdirir. Şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil, bəşəri qaydalarını müəyyən edir.