Aqata Kristi əsərlərinin klassik qəhrəmanı Puaro «Şərq ekspresi»ndə səfərə çıxır və həmişəki kimi baş gicəlləndirən hadisəylə üz-üzə qalır. Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə bilmir. Puaro bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı isə odur ki, qatardakı hər bir möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir detektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım etmək iqtidarındadır. Dünya detektiv əsərlərinin şedevrlərindən sayılan «Şərq ekspresində qətl» romanı müəllifin o biri əsərləri kimi çox həvəslə oxunur və oxucunun bütün diqqətini özünə çəkə bilir.
Polyanna
Amerikalı uşaq yazıçısı Eleanor Porter Boston konservatoriyasını bitirmişdir. 1892-ci ildən özünü ədəbiyyat sahəsində sınamağa başlayır və qısa hekayələr dərc etdirir. O, burada da uğur qazanır. 1913-cü ildə yazıçının dünyada şöhrət qazanmasına səbəb olan “Polyanna” əsəri işıq üzü görür. Bu bütün qızların sevimli qəhrəmanına çevriləcək on bir yaşlı yetim qızcığazın hekayəti idi. Roman çap olunduqdan sonra bu qəhrəmanı ən nikbin ədəbi personaj adlandırdılar. Hətta psixologiyada “Pollyanna sindromu” deyilən anlayış meydana gəldi.
Taun
Alber Kamyunun 1947-ci ildə yayımlanan romanıdır.Kamyu romanda Əlcəzairin Oran şəhərində baş verən taun epidemiyasını müxtəlif sətiraltı ifadələr ilə məna verərək anladıb. Kitapda edilən bənzətmələrin ən vacibi bütün Avropaya, sanki qara taun kimi yayılan faşistlərin Fransanı işğal etməsidir. Fransanın İkinci Dünya Müharibəsi əsnasında məruz qaldığı alman işğalı və Fransada işğala qarşı yaranan Müqavimət (Résistance) hərəkəti romanda vəbaya qarşı alınan tədbirlər ilə əlaqələndirilir. Kitabın sonuna qədər dastançının şəxsiyyəti naməlum qalır. İnsanların həyatla ölüm arasında qaldığı incə xətti taun adını verərək təsvir edən Kamyu dolayı yoldan ateizmi də müdafiə edir. Romanın başlıca xüsusiyyətlərindən biri də əhvalatın yaşandığı Oran şəhərini oxucuya şəhəri görmüş kimi əks etdirməsidir.
Tom dayının daxması
Qəhrəmanı qaradərili olan ilk Amerika ədəbiyyatı nümunəsidir. Əsərdə Amerikanın cənub ştatlarının quldarlıq mənzərəsi geniş şəkildə təsvir olunur, quldarların qəddarlığı, onlara bunu etməyə imkan verən qanunlar, zənci qulların ağır həyatı, onlara edilən zülm və işgəncələr, məhrumiyyət və ayrılıqlar aydın şəkildə təsvir olunur. Bu romanda Tom dayı adlı zəncinin şəxsiyyəti diqqətə çatdırılır və sonda onun sahibi bir daha qul saxlamamağa and içir.
Beş həftə hava şarında
Məşhur fransız yazıçısı Jül Vern dünya ədəbiyyatı tarixində elmi-fantastik romanın banilərindən biridir. Onun ilk elmi-fantastik romanı da “Hava şarında beş həftə” əsəridir. Romandakı hadisələr baş qəhrəman cənab Ferqyusonun Afrikanı başdan-ayağa kəşf etmək istəyi ilə başlayır. Cənab Ferqyusonadək bir çox səyyahlar da bu yola çıxmışdılar. Ancaq bəziləri bu yolda həlak olmuş, bəziləri də müxtəlif çətinliklərə görə geri qayıtmışdı. Cənab Ferqyuson və iki dostu bu dəfə sələflərinin yarımçıq qalan işini başa çatdırmaq istəyir və Afrikanın şərq sahilindən qərb sahilinədək səyahət etmək qərarına gəlirlər. Özü də hava şarı ilə. Əsərdə bu səyahət ərzində cənab Ferqyuson və dostlarının başlarına gələn maraqlı sərgüzəştlərin şahidi olacaqsınız...