Bugünlük sonuncu çəkilişləri idi. Çox yorulmuşdu. Əslində, onun yorğunluğu gördüyü işin ağırlığından deyil, içinə yüklədiyi ağrılardan doğurdu. Şəhid analarının gözlərinə baxaraq sual vermək, Şəhid atalarının qürurunda boğmaq istədiyi hıçqırtılarını eşitmək, Şəhid balasının "Atam qəhrəmandır" deyərək, dörd yanda atasını axtarmasını seyr etmək onu çox ağrıdırdı. Elə ağrıdırdı ki, bu ağrıların altında əzilən bədəni ruhuna təslim olur, yorulurdu...
Emil və detektivlər
Alman uşaq ədəbiyyatının klassiki sayılan Erix Kestnerin “Emil və detektivlər” əsəri Emil adlı uşağın başına gələn macəralardan bəhs edir. İlk dəfə Berlinə qatarla yola düşən Emil çox həyəcanlıdır. Lakin onunla eyni kupedə səyahət edən koteloklu cənabın görünüş və hərəkətlərini bəyənmir. Sonra Emil yuxuya gedir. Oyananda görür ki, kupedəki koteloklu cənab da, cibindəki pullar da yoxdur. Elə əsl macəra da bundan sonra başlayır. O, Berlində tanış olduğu uşaqlarla – gənc detektiv dəstəsi ilə birləşərək oğrunu tutmaq üçün təqibə başlayır.
Mələyin dəftəri və təsəlli seansları
Xalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib. Üç elmi, 150-dən çox publisistik məqalənin müəllifidir.
Səngərdəki səs
Restoranın geniş və rahat xüsusi zalında oturub böyük bir şövqlə yeyib-içən bu adamların kefləri kök, damaqları çağ idi. Deyib-gülməklərinin ardı-arası kəsilmirdi. Sağlıq deyir, qədəh qədəhə toqquşdurur, içkilərini içir, içəndən sonra da ləzzətlə öpüşürdülər. Zalın bir küncündə milli musiqi alətlərini səsləndirən trio oturmuşdu. "Qarabağ şikəstəsi"ndən "Segah-zabul"a, ordan da "Çırpınırdı Qara dəniz"ə qədər çalırdılar. Oxuyan nədənsə gəlib çıxmamışdı. Ona görə də sözxaric musiqi özünü hara gəldi dürtürdü. Tost deyənlərə hətta tarla kamança astadan züy tuturdu, hərdən bu züyə balaban da qoşulurdu. Məclis məmnun idi.
Sərhədsiz səma (Radio-pyes)
Amma maraqlı olanı bilirsiz nədi? O uşaq. Əslində, uşaq deyirəm, amma belə baxanda elə mən də uşaq sayılırdım da. Nə yaşımız vardı ki. Onun 20-21... Mənim də 24-25. Bir sözlə, sütül uşaqlar. Fərqimiz ondaydı ki, mən kasıbdım, o isə dövlətli balası. Özüm də indiyə kimi məəttəl qalıram, o uşaq ata-anasını necə aldadıb qaçmışdı cəbhəyə? Vaxt eləydi, bilirsiz. Cavanlar bezmişdi. Hamı gedib yazılırdı orduya ki, səfərbərlik elan olunanda yollansınlar müharibəyə. Cəbhədə vəziyyət qızışan kimi o vaxtın internetində day kim şəkil qoymadı və yazmadı ki, gedirəm müharibəyə. Vallah, bişmiş toyuğun gülməyi gəlirdi. Ümumiyyətlə, o vaxtlar necə idi? Hər yerindən duran ağzına gələni yazırdı, danışırdı. Nə böyük sayırdı, nə kiçik. Bilmirdin bu arvaddı, ya arvad qınına girən kişi. Abırsız şəkillərini qoyan kim, özünü açıq-aşkar bazardakı kimi satan kim, bir-birinin ətini didən kim. Belələriylə Qarabağı ala bilərdik?!.