Edqar Rays Berrouz XX əsrdə elmi-fanastika və fentezi janrlarının inkişafına böyük təsir göstərmiş məşhur Amerika yazıçısıdır. Çikaqoda anadan olan yazıçı 1895-ci ildə Miçiqan hərbi akademiyasını bitirmiş, gənclik illərini Amerikanın uzaq qərbində keçirmiş, kovboy və qızılaxtaran olmuşdur. Berrouz klerk işlədiyi vaxt macəra hekayələri çap edən bayağı jurnallardakı elanları gözdən keçirir, eyni zamanda hekayələri oxumaq imkanını da əldən vermirdi. Oxuduqlarından ruhlanmış E.R.Beroouz həmin hekayələrə bənzər bir əsər yazmaq qərarına gəlir və 1912-ci ildə Norman Bin təxəllüsü ilə “Marsın Ayları altında” hekayəsini, Con Karterin Marsdakı sərgüzəştləri silsiləsindən ilk romanını çap etdirir. Daha sonra yaradıcılığının ən uca zirvəsi hesab edilən “Tarzan” silsiləsini qələmə almağa başlayır. Tarzan haqqında ümumilikdə iyirmidən çox kitab yazır.
Spartak
R. Covanyoli məşhur italiyan yazıçısıdır. «İtaliyanın siyasi tarixi», «Pelleqrino Rossi və Roma respublikası», «Çiçeruakyo və Don Pirlone» və bir sıra başqa əsərlər onun qələminin məhsuludur. Lakin bu əsərlərin heç biri müəllifi dünya miqyasında «Spartak» qədər məşhur etməmişdir. Spartak – mübarizə, mətanət, cəsarət simvoludur. Bu ad azadlıq uğrunda mübarizənin rəmzi kimi bütün bəşəriyyətin inqilabi rəşadət tarixinə düşmüşdür.
Qorxu vadisi
Romanın birinci hissəsində Şerlok Holms professor Moriartinin əlaltısı Porlokdan şifrəli məktub alır. Məktubda mister Duqlas adlı birisinə sui-qəsd hazırlanması barədə xəbər verilir. Bir qədər sonra Şerlok Holmsın Beykep-stritdəki evinə Skotlənd-Yardın inspektoru Makdonald gəlib xəbər verir ki, mister Duqlas öz malikanəsində qətlə yetirilib. Şerlok Holms tədqiqata başlayır. Lakin məlum olur ki, qətlə yetirilən mister Duqlas deyil, onu qətlə yetirmək istəyəndir. İkinci hissədə Pinkerton şirkətinin xəfiyyəsi Berdi Edvards, Makmerdo adı ilə Vermiss şəhərciyinə gəlir ki, “Təmizləyicilər”in dəstəsinə daxil olsun. Bu Mak-Merdoya nəsib olur. Romanın süjet xəttinin maraqlı, həyəcanlı hadisələri də bundan sonra başlayır…
Yad kişi
Şəhərə qar yağırdısa, deməli adamı hər küncdə yıxılıb boynunu qırmaq təhlükəsi gözləyirdi. Yerdə qalıb tapdaq-tapdaq olan qar gecə şaxtasında donub bərkidi və yollar parlaq buz meydançasına çevrildi. İndi küçədə gəzmək yox, konki sürmək olardı. Bu əlamətdar hadisə oğlan uşaqlarının yaman xoşuna gəlirdi, çünki dərsdən yayınmaq üçün əllərində yaxşı bəhanə vardı. İlk baxışdan əhəmiyyətsiz görünən şeylər, məsələn, qarın yağması və buza dönməsi, sürüşmək və zərblə yıxılmaq çox vaxt özündə böyük insan talelərini gizlədir və kəskin dəyişikliklərə səbəb olur; bəzən insanlara xoşbəxtlik, bəzən də uğursuzluq gətirir.
Şuşanın ayaqları
Şəhid Analarına – Şəhid Analara ithaf olunur… - Ata, sənin ayaqların hanı? - Şuşaya vermişəm, oğlum. - Şuşanın öz ayaqlarına nə olub ki, sənin ayaqlarını alıb? - Şuşanın ayaqlarını düşmənlərimiz kəsmişdi, yeriyə bilmirdi. Mən də ayaqlarımı ona verdim. - Bəs Salman əminin qolları hanı? - O da qollarını verdi Şuşaya, oğlum. - Ata, Elmaz əmi də gözlərini verib Şuşaya, eləmi? - Hə, ağıllı balam. - İndi Şuşa həm görür, həm yeriyir, həm də qolları var? - Hə, igid oğlum, indi Şuşanın həm ayaqları, həm güclü qolları, həm də görən gözləri var.