Tomas Mannın bu klassik əsəri XX əsrin əvvəllərində Almaniyada yaşayan, orta yaşlı, təbiət aşiqi bir qadının – Rozaliya fon Tümmlerin daxili dünyasından və hisslərindən bəhs edir. Həyatının yetkinlik dövrünü yaşayan Rozaliya artıq gəncliyinin geridə qaldığını düşündüyü bir vaxtda, oğluna dərs demək üçün gələn gənc amerikalı müəllim Kenata qarşı dərindən heyranlıq və sevgi hissləri bəsləməyə başlayır. Bu böyük sevgi duyğusu qadının bütün bədəninə və ruhuna elə bir enerji verir ki, o, yenidən gəncləşdiyini, təbiətin ona yeni bir həyat və fiziki təravət bəxş etdiyini hiss edir. Rozaliya bu vəziyyəti təbiətin möcüzəsi və sevginin gücü kimi qəbul edərək böyük bir sevinc və ümid içinə qərq olur. Lakin bu gözəl hisslərin və ani fiziki canlanmanın arxasında təbiətin qəddar bir oyunu dayanır. Qadının gənclik və sevgi illüziyası olaraq gördüyü bu fiziki dəyişikliklər, əslində onun daxilində gizlincə inkişaf edən ciddi bir fiziki xəstəliyin xəbərçisidir. Əsər insanın təbiət tərəfindən necə aldadıldığını, daxili duyğular ilə amansız bioloji reallıq arasındakı təsirli ziddiyyəti böyük bir ustalıqla ortaya qoyu
Döyüşçü klubu - III HİSSƏ
Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir. İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır.
Döyüşçü klubu - II HİSSƏ

Döyüşçü klubu - I HİSSƏ

Sirli ada
“Sirli ada” əsəri hava şarı ilə əsirlikdən qaçmış mühəndis Sayrus Smit və onun dörd yoldaşının qəza nəticəsində kimsəsiz adaya düşmələrindən və oradakı macəralarından bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa, adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətəndaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi. Yazıçı “Sirli ada” sakinlərinin ayrı-ayrı xüsusiyyətlərini qeyd etsə də, bütövlükdə onları mərdlik, mübarizlik, gözütoxluq, ən əsası isə etibarlılıq birləşdirir. Kolonistlər, onlara çoxlu yaxşılıqlar etmiş, dəfələrlə onları böyük təhlükələrdən qoruyan sirli adamı tapıb ona təşəkkür etmək üçün heç bir fədakarlıqdan çəkinmir, onu tapmaq üçün adanı ələk-vələk edirlər.