Təsadüf nəticəsində İraqa gedən amerikalı həkim Ami Lezeran orada bir xəstə üstünə çağırılır. Xəstə Amerika arxeoloq heyətinin rəhbərinin həyat yoldaşı, gözəlliyi ilə hamını valeh edən missis Luiz Leydnerdir. Ami onun evinə getdiyi ilk gündən gərgin ab-hava hiss edir. Arxeoloji heyətin də yaşadığı bu evdə nələrinsə baş verdiyindən duyuq düşən tibb bacısı tezliklə yanılmadığının şahidi olur. Çox keçmir, Luiz öz otağında ölü tapılır. Yenə təsadüf nəticəsində İraqda olan detektiv Erkül Puaro bu müəmmalı cinayəti araşdırmalı olur. Lakin bu, tez-tez rast gəlinən cinayətlərdən çox fərqlənir. Qatil işini peşəkarcasına görmüş, arxada iz buraxmamışdır. Arxeoloji heyətin bütün üzvlərinin Luizə heyran olduğu, gözəlliyi qarşısında baş əydiyi halda bu xanıma nifrət etmələri işi daha da çətinləşdirir. Luizin iyirmi il əvvəl ölən ərindən təhdid məktubları alması isə cinayəti müəmmalı hala salır...
Mesopotamiyada qətl - I HİSSƏ

Yağış adam - II HİSSƏ
Süjet gənc və maddiyyata önəm verən Çarlinin ətrafında cərəyan edir. Atası vəfat etdikdən sonra o, böyük miras gözləyir. Lakin öyrənir ki, bütün sərvət indiyədək varlığından xəbərsiz olduğu autizmli qardaşı Reymonda qalıb. Çarli əvvəlcə mirasın bir hissəsini əldə etmək məqsədilə qardaşını özü ilə aparır. Səyahət zamanı isə Reymondun qeyri-adi yaddaşı və riyazi bacarıqları ilə tanış olur, onu daha yaxından tanıyır və aralarında qardaşlıq bağı yaranır. Nəticədə Çarlinin həyata və insanlara baxışı dəyişir.
Yağış adam - I HİSSƏ

Yevgeni Onegin
“Yevgeni Onegin” Puşkinin ən sevimli əsəridir. Burada şairin bütün həyatı, gözəl hissləri, fikir və idealı ifadə olunub. Onegin obrazı böyük ümumiləşdirici qüvvəyə malikdir. Oneginin xarakterində Puşkin zəmanəsinin zadəgan-mülkədar gənclərinin keçdiyi yolu böyük sənətkarlıqla göstərə bilib. Tatyana obrazı dərin və mənalıdır. O, öz zövqü, əxlaqi görüşlərində möhkəmdir, yenilməzdir. Lakin bu mühit sağlam ruhlu gəncləri mənən şikəst edir, onları həyatın qaranlıq guşələrinə atır. Tatyana müstəqilliyə can atsa da, mənsub olduğu zümrənin kobud qanunları ilə üz-üzə gəlməli olur. Bu mühit gənc nəsil üçün qaranlıq bir zindan idi.