Hekayədə hadisələr müəllifin yaxından bələd olduğu Azərbaycan kəndlərinin birində cərəyan edir. Süjet xəttinin mərkəzində Sevər adlı gənc, saf qız və onun ilk nakam məhəbbəti, daxili sarsıntıları dayanır. Kənd mühitində böyüyən gənclər bir-birinə qarşı təmiz duyğular bəsləsələr də, dövrün əxlaqi normaları, mühitin basqısı və tale bəzən onları fərqli yollara yönəldir.
Sabaha bir gün qalmış
Xəbər əlüstü yayıldı; kimi dedi teleqram gəlib, kimi dedi səhvin var, zəng vurublar. Kimə gəlib, kim danışıb, kimnən danışıb - bir bunu soruşan yox idi. Karıxmaqdan, özlərini itirməkdəniydi. Bilmirdilər hara getsinlər, gedib neyləsinlər. İndi elə biləsən, bütün kənd bir canıydı, bir adam idi - bu adam da yüz yolun bir ayrıcında qalmışdı, elə biləsən üstdən sel gəlirdi, onu haqlayırdı. Bu adam da qaçardı, seldən sovuşa bilərdi, ancaq oturub fikirləşirdi ki, məni aparsa, daşa çırpmasa, boğulmasam, selin əlindən hayanda qurtararam, qurtarıb neyləyərəm. Yox, heç kim yalandan bu cür söz bəzəmədi. Səidin ölməyi, yəqin ki, düz idi. Kənddən o boyda professor çıxa, ondan da belə xəbər gələ-bunun dəhşəti, vahiməsi, təkbaşına çəkilməz ağrısı ev-ev, qapı-qapı hamını bir yerə yığdı. Neçə illərin incikliyi, Səidin burdan çıxalı kəndə dönməməyinin qəlbə dəyməsi, göynətməsi, çox şey, elə bil, olmamışdı. Görəsən, doğrudanmı, Səid ölüm ayağında nəyisə yadına salmışdı, demişdi ki, onu burda-kənddə basdırsınlar?
Daş hasar
Əsər, zahirən firavan görünən bir ailənin daxilindəki mənəvi soyuqluğu və yadlaşmanı təsvir edir. Hekayənin mərkəzində dayanan "daş hasar" obrazı insanların bir-birindən təcrid olunmasını, daxili azadlığın məhdudlaşdırılmasını və dar düşüncəli həyat tərzini simvolizə edən bir metofordur. Baş qəhrəman Firuzənin timsalında yazıçı göstərir ki, maddi rahatlıq və hündür hasarlar insanı xoşbəxt etmir; insan səmimiyyət, geniş dünya görüşü və daxili hüzur axtarışındadır.
Üçatılan
"Üçatlan" romanının qəhrəmanı, adı Ərşad kimi qeyd olunan Qayıbov Rəşid Mehti oğlu 1895-ci ildə Kürdmahmudlu kəndində anadan olmuşdur. Atası Mehti Cənubi Azərbaycanda yaşamışdır. Bir gün Mehti yaşlı bir kişinin oturub ağladığını görür. Soruşduqda kişi fars əyalət başçısı Rəhim xanın bacısı oğlunun onun qızını zorladığını deyir. Buna dözməyən Mehti atı minərək Rəhim xanın evinə gedir və Rəhim xanı səsləyərək onu və bacısı oğlunu güllələyərək öldürür. Bundan sonra Mehti qardaşı qaçaq Kərbalayi Əsədlə birlikdə Araz çayını keçərək indiki Füzuli rayon Kürdmahmudlu kəndinə gəlirlər.
Bomba
Əsərdə baş verən hadisələr sadə kənd mühitində cərəyan edir. Kənddə guya bomba tapılması ilə bağlı yayılan şayiə bütün sakinlərin həyatını alt-üst edir. İnsanların gündəlik fəaliyyəti, bir-biri ilə münasibəti, qərarları bu qorxu və ajiotajın təsiri altında köklü şəkildə dəyişir. Haqverdiyev, satirik və bəzən ironik dillə, xalqın savadsızlıq və məlumat çatışmazlığı səbəbindən necə tez bir şəkildə çaşqınlığa və panikaya düşdüyünü göstərir. “Bomba” hekayəsində sadəcə bir hadisənin təsviri yox, bütövlükdə cəmiyyətin bədii-sosioloji təhlili verilir.