Yallah, yallah! Haradasan? Kefin necədir? - Sən nə təhərsən? – Göz dəyməsin, qıvraqlaşmısan, rəngin açılıb. - Bir qıvraqlığım yoxdu. İşdən baş açıram ki. - Neyləyək ki, bir görüşək? – Bu vıxodnoy zanitəm. Gələn vıxodnoy bəlkə… - Sən evdə olacaqsan? - Söz versən, gözlərəm. - Gözlə, birtəhər eləyib gələrəm.
İclas qurusu
Əncir qurusu, ərik qurusu, zoğal qurusu-bunlar çox olur, iclas qurusu isə tək-tək olur. Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu çəkən, həyat hisslərini itirən. İclas qurusunu siz tanıyırsınız. Adını bilməsəniz də, özünü yaxşı tanıyırsınız. Arıq bədənini qabağa əyib dizini bükərək sürətli addımlarla gedən adamı siz küçədə, idarə qapılarında, pilləkənlərdə çox görürsünüz. O, haraya tələsir. İclasa! Qoltuğundakı boz, sürtülmüş qovluq, səliqəsiz yığılmış kağız-kuğuzla doludur. Bunlar nədir. Protokol! O bütün ömrü boyu başı aşağı, dünyadan bixəbər, qaşqabaqlı, sifəti bulud kimi tutulmuş, fikirli gəzir.
Həkim Cinayətov
HƏKİM CİNAYƏTOV Gənc tələbə Ramazan Əlizadə səhiyyə şöbəsində ərizəsinə dərkənar qoydurub, tələsik müalicəxanaya yollandı, qırmızı mürəkkəblə və xırda xətlə yazılmış dərkənar bu məzmunda idi: "Təcili tibbi yardım göstərməli". Ramazan atasının başına gələn bədbəxt hadisədən təşvişə düşmüşdü. Atasız qalacağını təsəvvür etdikcə beyninə bir ağrı dolurdu. Özünə ümid vərərək deyirdi: "Atamın yarası bir o qədər qorxulu deyil. İndiki həkimlər ölünü dirildirlər. Atam üçün niyə qorxuram? Klinikadan bu saat bir həkim alaram, təcili müalicəsinə başlaram". Ramazan bu kimi fıkirlərlə klinikanın qapısından içəri girdi. Bir tərəfdə qadınlar durmuşdu. Bunların duruş və baxışlarından xəstəlik yağırdı. Çoxunun qucağında azarlı uşağı vardı. Kiminin başı, üzü və ayağı sarıqlı idi.
Dostumun qonaqlığı
Kənddə, tanışlarımdan birinin evində Mirzə Qulamla tanış oldum. O, şəhərdən gəlmişdi. Deməyinə görə, istəkli dostunun ailəsilə bir yaylaq yerinə getmək istəyirdi. Onu vəkil eləmişdi ki: "Get, yer seç, ev tut, mənə xəbər ver!" Nədənsə Mirzə Qulam mənə çox hörmət eləyirdi. İlk tanışlığımız olsa da, uzun illərin dostu, yaxın qohum kimi danışırdı. Mən onun hər sözünə "bəli" deyirdim, lakin söhbətimizi uzatmaq istəmirdim. O, yəqin bunu hiss etmişdi. Səsini dəyişdi, mənə yaxınlaşıb, yavaşcadan dedi:
Bostan oğrusu
Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi. Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı. - İş yiyəsi işdə gərək! - deyən Durmuş kişi çoxdan bəri suvarılmadığından qurumuş və torpağı çatlamış ləklərin arası ilə gedirdi. Quru otlara, yemiş tağlarının süfrə kimi enli yarpaqlarına dəyib, səs salmamaq üçün şalvarını dizinə qədər çırmadı, papağını qoltuğuna vurub, sinə-sinə yeridi. Sonra özünə ürək vərməyə başladı: "Heç qorxmaq istəməz! Yatıbsa, işim işdir. Oyaq olsa, deyərəm: "Söhbətə gəlmişəm. Tutdu hənək, tutmadı dəyənək!"