Bir kənddə bir kişi və onun A-tu adlı oğlu var idi. Onlar öz kiçik tarlalarını əkib-biçərək onunla dolanardılar. Onlar hava balaca işıqlaşandan bir dəqiqə belə başlarını qaldırmadan, bellərini düzəltmədən tarlada işləyərdilər. Buna baxmayaraq, yenə də bir qarnı ac, bir qarnı tox yatardılar. Kişi çox qocalmışdı. A-tu da çox balaca idi. A-tunun işlətdiyi toxa özündən azı üç dəfə böyük olardı. Bir dəfə tarlada paxlaları yetişmişdi. A-tu xörək bişirmək üçün bir az paxla dərdi, gəlib evin kandarında oturaraq bunları təmizləməyə başladı. A-tu paxlaları təmizləyə-təmizləyə oxuyurdu: – Göy, yaşıl, qırmızı paxlalar. Ay-ay, qırmızı paxlalar! Birdən bir səs gəldi: – Qırmızı paxla olmur. A-tu başını qaldırıb heç kəsi görmədi. O tərəf bu tərəfə baxdı, heç kəs yox idi.
Homerin qəbrində bitmiş gül
Şərq şeirində bülbülün gülə məhəbbəti tərənnüm edilir: sakit ulduzlu gecələrdə qanadlı nəğməkarın sevgi mahnıları ətrili gülə doğru uçub gedir. İzmirin yaxınlığında, dövrəsinə uca çinar ağacları əkilmiş bir yolun kənarında çiçəklənmiş bir qızılgül kolu gördüm. Onun yanında yüklü dəvələr uzun boyunlarını qürürla dik tutub müqəddəs torpaqda yöndəmsiz bir halda addımlaya addımlaya keçib gedirdi. Çinarların budaqları arasında çöl göyərçinləri yuva qurmuşdu. Onların qanadları günəşin şüaları altında sədəf kimi parıldayıb rəngdən rəngə çalırdı.
Dovşana ad verilir
Keçmiş zamanlarda iki qonşu var idi: ikisi də ovçu idi. Bir dəfə maral tutmaq üçün tor qurmağa getdilər. Birinci ovçu toru adi qayda üzrə yerdə qurdu. İkinci ovçu isə torunu ağacın başında qurdu. Torlarını qurandan sonra qayıdıb evlərinə getdilər. Torunu ağacın başında quran ovçu tezdən, dan yeri sökülməmişdən torlara baxmağa getdi. Torunu yerdə quran qonşunun tələsinə maral düşmüşdü. Ağacın başında qurduğu öz torunda isə maral yox idi. Onda o, qonşunun tələsindən maralı çıxarıb öz toruna, ağacın başında qurduğu toruna saldı. Sonra da qayıdıb evinə getdi. Yıxılıb yatdı. Ovçu o vaxtacan yatdı ki, gün qalxıb bir boy oldu. Bu vaxt qonşusu gəlib onu oyatdı, onlar birlikdə meşəyə getdilər. Hər iki ovçu meşəyə çatıb gördü ki, yerdə qurulan tələ bağlıdır. Onun içində isə heç nə yoxdur. Ətrafında çoxlu iz var, elə bil ki, maral burada çırpınmışdır. Torda bir çəngə maral yunu ilişib qalmışdı.
Dilənçi və xəsisi
Qoca dilənçi tanımadığı bir kəndə gələrək böyük, qəşəng bir evin qapısını döydü. Bu evin yanında qapısından yekə qıfıl asılan hündür bir ahbar vardı. Bu evdə isə öz xəsisliyi ilə bütün mahalda yaxşı tanınan bir dövlətli yaşayırdı. O çox dövlətli olmağına baxmayaraq, heç vaxt heç kəsə əl tutmazdı. – Sən mənə bir parça piy, ya bir az süd verə bilərsənmi? – deyə dilənçi ona ağız açdı. – Yox, verə bilmərəm! – deyə xəsis acıqlandı. – Rədd ol burdan! – Bəlkə səndə bir ovuc buğdadan, paxladan tapıldı? – deyə acından rəhmsiz adamların qarşısında alçalmağa məcbur olan qoca sözünə davam etdi. – Mənim heç nəyim yoxdur, – deyə xəsis cavab verdi. – Onda mənə bir tikə çörək ver, sənə duaçı olaram, – deyə dilənçi ondan xahiş etdi. – Get, mənim çörəyim yoxdur! – cavabını eşitdi.
Dəcəl oğlan
Hans Xristian Andersen 1805-ci il apelin 2-də Danimarkanın Odens şəhərində danadan olub. Ailənin tək uşağı olan Andersen heç vaxt yaxşı oxuyan, çalışqan şagird olmur, həmişə fikri dağınıq olur və qrammatik səhvlər edə-edə yazırdı, o, heç vaxt yazısını düzəldə bilməyib. Lakin buna baxmayaraq 1822-ci ildə artıq “Palnatokun məzarındakı ruh” adlı ilk hekayəsini nəşr etdirib. Pyeslər, səyahətnamələr, romanlar və şeirlər də yazmasına baxmayaraq, Andersen bütün dünyada daha çox nağıllarına görə tanınır. Onun nağılları 100-dən çox dilə tərcümə edilmişdir. O, dünyanın ən məşhur nağılçılarından biridir.