Bir dəfə Çanaqlıbağa – Baba Fekran dayının yolu paxla tarlasından düşmüşdü, o, bir qıça kəsib arvadı Qurbağa üçün apardı. – Bilirsən nə var, ay Qurqur xanım, – deyə arvadından xahiş elədi, – gəlsənə, axşama mənim üçün paxla bişirəsən. – Sənin keçəl başın üçün, bilməmişdim! – deyə arvadı Qurbağa cavab verdi. – Hansı qurbağa paxla yeyir ki, mən də yeyim? Qıçanı da götür, hansı cəhənnəmə istəyirsən get! Əlac nədir ki!? Çanaqlıbağa paxla qıçasını götürüb baş aldı getdi. Utandığından bilmirdi ki, özünü hara salsın. Şəhərə gedən yolun qırağında əyləşib dərdə-qəmə batmışdı.
Zirək kəndli
Yava adasında yoxsul bir kəndli yaşayırdı. Onun azacıq yerində təkcə bircə banan ağacı bitmişdi. Bir dəfə kəndlinin daxmasının yanından üç yolçu: rahib, həkim və sələmçi keçirdi. Banan ağacını sələmçi birinci görüb, yoldaşlarına belə dedi: – Biz üçük, kəndli isə təkdir. Biz onun şirin bananlarından dərib yesək, o bizə nə edə bilər ki? Əli əyri adamlar da kəndlinin gözü qabağında onun yeganə ağacının meyvəsini dərib yeməyə başladılar. – Hörmətli ağalar, siz nə edirsiz? – deyə kəndli ümidini itirmiş kimi qışqırdı. – Axı bu mənim bananımdır!.. – Sənin olanda nə olar ki? – deyə rahib arsız-arsız soruşdu. – Banan bizim xoşumuza gəldi, odur ki, yeyirik, – deyə həkim əlavə etdi. – Bizə mane olma, yoxsa, işin pis olar! – deyə sələmçi onu hədələdi.
Yarımçıq nağıl
Bir arat-maldar nağıla qulaq asmağı sevirdi. Bir dəfə qaranlıq payız axşamlarından birində onun yurduna bir bətərçi gəldi və gecələməyə yer istədi. Ev sahibi dayanıb öz-özünə fikirləşdi: “Əgər bətərçini yanımda saxlasam, gərək ona yemək verəm. Ancaq bir iş də var ki, çoxlu maraqlı nağıl eşidəcəyəm. Onu qovsam, onda bu keyfdən məhrum olaram”. Bətərçi isə qapının ağzında sakitcə dayanıb ev yiyəsinə dedi: – Sizin mal-qaranız kök, otlağınız bol olsun! “Aha – deyə ev yiyəsi düşünür – səyyah tozun-torpağın içindədir, görünür ki, uzaqdan gəlir, yəqin yolda çox şey görüb-eşitmiş olar. Qoy gecəni qalsın, görək nə olur!” O, bətərçini içəri buraxıb ona gecələməyə yer verdi. Qonağın qabağına yemək qoymaq əvəzinə ondan xahiş eləməyə başladı ki, bir şey danışsın.
Var dövlət və zəhmət
Günlərin bir günündə mülkədarla muzdur arasında bərk mübahisə düşdü. Muzdur mülkədara deyirdi: üçün – Nə olsun ki, mən yoxsulam! Ancaq əvəzində mən yaxşı işləməyi bacarıram. – Vay səni it oğlu! – deyə mülkədar qışqırdı. – Sənin o bacarığın nəyə lazımdır ki, o bacarıqla da, elə onsuz da dilənçisən ki, dilənçi! – Mənim əlimdən əkmək, biçmək, üyütmək, su daşımaq, odun doğramaq gəlir. Sənin əlindən nə gəlir? – deyə muzdur öz ağasından soruşdu. – Onlar mənim nəyimə lazımdır? – deyə mülkədar təkəbbürlə cavab verdi. – Mən onsuz da xoşbəxt və varlıyam. Nə çörək dərdi çəkirəm, nə də paltar dərdi! Həm də ki, mən sənin üçün işləmirəm, sən mənim üçün işləyirsən! Onlar çox mübahisə etdilər ki, nə vacibdir: zəhmət, yoxsa dövlət? Ancaq heç biri o birinin dediyinə inana bilmədi. Axırda onlar belə qərara gəldilər ki, hansının güclü, dözümlü olduğunu öyrənsinlər.
Rahib və məbəd xidmətçisi
Titos kəndinin məbədində xəsis və tamahkar bir rahib vardı. O, heç vaxt xidmətçisinə şirin şeylərdən dadmağa verməzdi, hamısını özü yeyərdi. Xidmətçinin isə şirin şeylərdən çox xoşu gəlirdi. Bir dəfə rahib üçün ətirli təzə bal gətirdilər. O, balı küpə töküb xəlvət bir yerə qoydu. Xidmətçiyə isə heç dadmağa da vermədi. Elə oldu ki, rahib bütün günü harasa getməli oldu. O, xidmətçiyə dedi: – Bax, ehtiyatlı ol: içində zəhər olan küp buradadır. O, üzdən bala oxşayır, ancaq əslində belə deyil. Dilini bu zəhərə vuran kimi ölərsən. Rahib çıxıb gedəndən sonra xidmətçi küpü götürüb balın hamısını yedi. Küpün içi boşalanda onun ürəyinə qorxu düşdü və fikirləşməyə başladı ki, necə eləsin rahibi aldatsın. Fikirləşdi, fikirləşdi, axırda tapdı. O, rahibin ən çox istədiyi fincanı götürüb sındırdı, sınıqlarını otağın ortasına atdı, özü də yerinə girib yorğanı üstünə çəkdi, rahibin gəlməyini gözləməyə başladı.