Gənc aktyor Ernst Lüdviq anasının ağır xəstəliyi barədə teleqramı təzə rolun mətni ilə eyni vaxtda aldı; mətni və teatrın ünvanına göndərilən teleqramı ona kuryer təqdim eləmişdi. Lüdviq çox da ləngimədi, elə axşam qatarı ilə yola düşdü. Ancaq getməzdən qabaqkı bir neçə saatı teatrda keçirməli oldu: direktordan icazə istədi, kostyumunu qaydaya saldı, tanınmış həmkarı Lavini tapıb, birgə yoxlama məşqini ayrı vaxtda keçirmək barədə onunla razılığa gəldi. Direktorun qərar verməsi bir qədər çəkdi və bu müddətdəLüdviq təzə pyesin mətninə ötəri də olsa, nəzər saldı. Sonra isə aydın məsələdir ki, qayğıkeş sorğular hədəfinə çevrildi...
Qobsek
"Qobsek" Onore de Balzak tərəfindən yazılmış bir romandır. Bu əsər, Balzakın "Bəşəri komediya" adlı epopeyasının bir hissəsidir. "Qobsek" əsərində baş qəhrəman olan Qobsek, pul düşkünü və faizlə borc verən bir adamdır. Əsər, onun bu xüsusiyyətləri üzərindən cəmiyyətdəki pulun rolunu və insan münasibətlərinə təsirini araşdırır. Onore de Balzak (1799-1850) fransız realist yazıçısıdır. "Bəşəri komediya" onun ən böyük əsəridir və bu epopeya bir neçə roman və povestdən ibarətdir. "Qobsek" bu epopeyanın tərkib hissəsidir.
Çevrilmə
Qreqor Samsa səhər duranda özünü nəhəng böcəyə çevrilən görür. Həyatı bundan sonra ağlagəlməz məcraya yönəlir. Ustalıqla yaradılan “həşərat metaforası” bizə çoxsaylı mesaj ötürür. Novella cəmiyyətin, o cümlədən ailənin fərdə yüklədiyi məcburi borcun fəsadlarından danışır. Qazanc həyat amalına çevriləndə, sosial basqı artanda insan öz içində azır və dəhşətli bir heçliklə üz-üzə qalır. İnsana dəyər verməmək cəzaların ən böyüyüdür. Əsərdə bütün bu psixoloji əzablar unikal zahiri əksini tapır.
Zəmanənin hökmü
Biri vardı, biri yoxdu. Allahın aciz bəndəsi çoxdu. Onların biri də bizim Kür qırağında yaşayan Əlmərdan kişiydi. Bu yazığın əli xamırlı, qarnı ac idi. Ha iştərdi, şumlardı, əkərdi, malalayardı, becərib məhsulu başa gələndə bəy bir yannan, koxa bir yannan, borclu bir yannan bunun məhsulunu xırmanda qurtarardılar. Payız gələndə, kişi təzədən düşərdi qapı-qapı borc dilənməyə. Tikan qırıb satardı, meşədən odun oğurlayıb satardı. Elə ac idi ki, ac.
Qızıl ilan
Səfər adlı bir yoxsul kişi var idi. Səfər kişinin bir oğlu, bir arvadı var idi. Bir də var-dövlətdən bir inəyi var idi. Səfər kişinin peşəsi çöldən biyan çıxardıb satıb külfətini dolandırmaq idi. Səfər kişi bir gün genə çölə biyan çıxartmağa getmişdi. Çöldə biyan qazanda, gördü biyanın dibində bir qızıl ilan yatır. Qızıl ilan səfər kişini görüb ayıldı, dedi: Ay kişi, bı biyan qazıyıb satmaqnan gündə neçə qazanırsan? Səfər kişi köksünü ötürüb dedi: \ Ay başına dönüm, gündə bu biyan qazımaq ilən ikicə şahı qazanıram. İlan dedi: Gündə iki şahı qazanmaq ilən külfətini necə dolandıra bilirsən? Sən gündə maa bir qab süd gətir mən içim hər gün saa bir ləl verim, apar xırdala, dolan. Səfər kişi baş üstə deyib, qızıl ilana baş endirib getdi.