Üç muşketyor - II HİSSƏ

Aleksandr Dümanın “Üç muşketyor” romanı fransız ədəbiy­ya­tının ən gözəl əsərlərindən biridir. Az qala iki əsr bundan əvvəl yazıl­masına baxmayaraq bu əsər müasir dövrdə də öz populyar­lığını itir­məyib. Maraqlı, dinamik süjet, macəra axtaran gənclə­rin dolğun obrazları, onlardakı şücaət göstərmək yanğısı, his­slərin romanti­kası – bütün bunlar təkcə Fransada deyil, onun sər­hədlərindən çox-çox uzaqlarda da oxucuları valeh edir. Bu roman əsasında 1911-ci ildən etibarən onlarla film çəkilib və yenə də çəkilməkdə davam edir. “Üç muşketyor” elə bir ədəbi-bədii xəzinədir ki, zaman bu xəzinəni daha da zənginləşdirir, yeni ədəbi nəsillərin tükənməz sərvətinə çevirir.

Üç muşketyor - I HİSSƏ

Qorio ata

"Qorio ata" romanı dünya ədabiyyatının əsas sütunlarından sayılır. Əsər yazıldığı dövrdən bəri aktuallığını saxlamış və Balzaka dünya ədəbiyyatında ölümsüzlük qazandırmışdır. Qərb filioloqları "Qorio ata"nı yeni dövrün İsası hesab edirlər. Balzak "Qorio ata" romanında qaldırdığı mövzularla zamanın sərhədlərini aşmağı bacardı. 1834-cü ildə yazılmış “Qorio ata” fransız ədəbiyyatının ilk realist romanı da sayılır. Buna görə də Balzak romanı yazarkən həmin dövrdə baş verən hadisələri, Parisi və orda yaşayan insanları olduğu kimi təsvir etməyə çalışmışdır. Romanın dili olduqca axıcıdır. Əsər iki qızını ifrat dərəcədə sevən atanının faciəsi haqdadır. "Mən qızlarımı tanrının dünyanı sevdiyindən daha çox sevirəm", - deyir Qorio ata. Arvadını erkən itirdikdən sonra Qorio ata bir daha heç evlənməmiş, bütün həyatını,sevgisini iki qızına həsr etmişdir. Onda atalıq hissi çılğınlıq dərəcəsindədir. Keçmişində yoxsul bir fəhlə olan, sonradan isə varlı fabrikanta çevrilmiş Qorio ata qızlarını hər cür təmin edir, onlar üçün xüsusi tərbiyəçilər, qulluqçular tutur, onları yüksək cəmiyyətin tələblərinə uyğun böyüdür. Qızları evlənmək yaşına çatdıqda isə onlara bu məsələdə sərbəstlik verir.

Şərq ekspresində qətl

Aqata Kristi əsərlərinin klassik qəhrəmanı Puaro «Şərq ekspresi»ndə səfərə çıxır və həmişəki kimi baş gicəlləndirən hadisəylə üz-üzə qalır. Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə bilmir. Puaro bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı isə odur ki, qatardakı hər bir möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir detektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım etmək iqtidarındadır. Dünya detektiv əsərlərinin şedevrlərindən sayılan «Şərq ekspresində qətl» romanı müəllifin o biri əsərləri kimi çox həvəslə oxunur və oxucunun bütün diqqətini özünə çəkə bilir.

Polyanna

Amerikalı uşaq yazıçısı Eleanor Porter Boston konservatoriyasını bitirmişdir. 1892-ci ildən özünü ədəbiyyat sahəsində sınamağa başlayır və qısa hekayələr dərc etdirir. O, burada da uğur qazanır. 1913-cü ildə yazıçının dünyada şöhrət qazanmasına səbəb olan “Polyanna” əsəri işıq üzü görür. Bu bütün qızların sevimli qəhrəmanına çevriləcək on bir yaşlı yetim qızcığazın hekayəti idi. Roman çap olunduqdan sonra bu qəhrəmanı ən nikbin ədəbi personaj adlandırdılar. Hətta psixologiyada “Pollyanna sindromu” deyilən anlayış meydana gəldi.